ABŞ-da silah satışı üzərində nəzarətə etiraz
24 fevral 2013 06:53 (UTC +04:00)

ABŞ-da silah satışı üzərində nəzarətə etiraz

ABŞ-da bir neçə yüz insan  silahların yayılması üzərində Ağ Evin nəzarəti sərtləşdirilməsi planına etiraz yürüşü keçirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu az saylı etiraz aksiyasını ultramühafizəkar «Çay partiyası» təşkil edib. Bir müddət öncə onlar silah alıcılarının ciddi yoxlanılması ilə bağlı prezident Barak Obamanın təklifinə qarşı «müqavimət günü» elan edib.

 

Prezidentin təklifinə qarşı çıxanlar hesab edir ki, silah gəzdirməyə məhdudiyyətin tətbiqi onların «Konstitusiya haqqının pozulmasıdır».

 

Xatırladaq ki, yanvarda Sendi Huk məktəbində odlu silahdan  20 məktəbli qətlə yetirilib. Bu qanlı olaydan sonra prezident Barak Obama silah satışı üzərində nəzarətin gücləndirilməsi təklifini irəli sürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar