ABŞ-ın Missiuri əyalətində silahlı basqın zaman 8 nəfər həyatını itirib. Lent.az-ın Xarici KİV-lərə istinadən məlumatına görə, ölənlərin arasında hadisəni törədən şəxsin də olduğu bildirilir.
Adı açıqlanmayan 36 yaşlı şəxs anasının evdə qəfil ölümündən sonra əsəbi halda qohumlarının yaşadığı yerə gedib. O, ev-ev gəzərək 7 qohumunu güllələyib və daha sonra intihar edib.
Faktla bağlı araşdırma aparılır.