ABŞ-da II Dünya müharibəsi veteranı öldürüldü
24 avqust 2013 11:59 (UTC +04:00)

ABŞ-da II Dünya müharibəsi veteranı öldürüldü

ABŞ-ın Vaşinqton ştatında polis 16 yaşlı Demetrius Qlenni həbs edib. Lent.az-ın NBC” telekanalına istinadən verdiyi məlumata görə, azyaşlı II Dünya müharibəsi veteranı Delbert Beltonu öldürməkdə ittiham olunur.

 

O, vəkili ilə birgə polisə gələrək təslim olub. İlk məhkəmə iclası avqustun 26-da olacaq. Qətldə Qlennlə birgə 16 yaşlı daha bir şəxsin – Kenan D.Adams Kinardın iştirakı güman olunur. Hazırda Kinard axtarışdadır. Adətən, polis yetkinlik yaşına çatmayan şübhəlilərin adlarını açıqlamır. Lakin bu dəfə istisna hal olub.

 

88 yaşlı Belton avqustun 21-ə keçən gecə Spokan şəhərinin şimalında baş verib. Azyaşlılar onu başından ağır əşya ilə vurublar. Cinayət anında Belton veteran klubu yanında saxladığı maşınında dostunu gözləyirmiş. Yaralı pensiyaçını avtomobilin oturacaqları arasından polislər tapıblar. Veteran ertəsi gün xəstəxanada ölüb.

 

Polis hesab edir ki, azyaşlılar qətli qarət məqsədilə törədiblər. Cinayətkarlar qaradərili olsalar da, hadisənin irqi zəmində baş verməsi istisnadır.

 

Veteranın ölümü geniş rezonans doğurub. İkinci azyaşlının axtarışlarına minlərlə amerikalı qoşulub.

 

Qeyd edək ki, Delbert Belton 1945-ci ildə Yaponiyada Okinava uğrunda döyüşlərdə iştirak edib. O, müharibə vaxtı ayağından yaralanıb. Savaşdan sonra Belton 30 il alüminium zavodunda çalışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Oxşar yazılar