ABŞ-da bir qrup erməni dələduzluqda ittiham olunub
02 mart 2013 07:47 (UTC +04:00)

ABŞ-da bir qrup erməni dələduzluqda ittiham olunub

ABŞ-ın Federal hakimiyyəti San-Fernando şəhərində dələduzluqda ittiham olunan 8 nəfərdə 6-sını həbs edib.

Lent.az-ın «North Hollywood-Toluca Lake Patch»-a istinadən məlumatına görə, fırıldaqçılar vergi ödəyicilərinin şəxsi göstəricilərini oğurlayaraq, 10 milyon dolları mənimsəyiblər.

Los-Anceles məhkəməsi müəyyən edib ki, bu cinayətkar qrup iki min nəfəri ( çox təqaüddçü və çeşidli yardım evlərində qalanlar) aldadıblar. Həmin şəxslər uzun illərboyu federal vergi qətnaməsi təqdim etməyənlər olub.

Müttəhimlər vergi xidmətinə qurbanlarından oğurladıqları şəxsi göstəricilərini təqdim edib.Bu yolla həmin şəxslərin pullarını

Ermənilərdən ibarət bu cinayətkar qrupun üzvləri bunlardır: Şimali Hollivuddan  47 yaşlı  Aşot Karapetyan , Şimali Hollivuddan 33 yaşlı Suren Qambaryan, Van-Naysdan 33 yaşlı Artak Berberyan, Van-Naysdan 33 yaşlı Armen Berberyan, San-Vellidən 47 yaşlı Viqen Saturyan, Qranada-Hillzdən 30 yaşlı Arman Zarqaryan.

Onlardan başqa iki müttəhim Silmardan olan 33 yaşlı Akop Kantrdzyan  və Uinnetkdən olan 31 yaşlı Devid Samsonyan axtarışdadır.  

Şimali Hollivuddan 41 yaşlı  Arminə Nazaryan  ABŞ-ın İmmiqrasiya agentliyinə və gömrük polisinə yalan məlumat verməkdə suçlu bilinir, həmin şəhərdə yaşayan Aşot Karapeytanın(dələduzluqda ittiham olunan) oğlu 23 yşlı Spartak Karapetyan silahlı basqında ittiham edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar