Amerikanın Miçiqan ştatında benzinin qiyməti 10 sentə düşüb. APA TV-nin RBK-ya istinadən xəbərinə görə, ekspertlər baş verənləri təkcə neftin qiymətindəki azalma ilə deyil, eyni zamanda qiymət müharibəsi ilə də izah edir.
ABC telekanalının məlumatına əsasən, Hafton Taun şəhərində 4 litr benzin 47 sentə təklif olunur ki, bu da son 10 ilin ən aşağı göstəricisidir. Bundan əlavə, Virciniya ştatındakı yanacaqdoldurma məntəqələrindən biri ötən gün benzini 81 sentə satıb.
Birləşmiş Ştatlarda yanacaq qiymətinin monitorinqini həyata keçirən nəşrlərdən birinin nümayəndəsi Patrik De Haan Miçiqan ştatında baş verənlərin üç yerli yanacaqdoldurma məntəqəsi arasındakı rəqabətin nəticəsi olduğu qənaətindədir.
O da qeyd olunur ki, yuxarıda adı çəkilən şəhərdən başqa heç bir region neft qiymətinin azalmasına adekvat reaksiya verməyib. Hazırda burada 4 litr benzinin qiyməti 1,89 dollar müəyyən edilib ki, bu da 2015-ci ilin orta illik göstəricisindən 17 sent aşağıdır. De Haan 2008-ci ildə, neft qiymətinin pik həddində olduğu bir zamanda regionun bəzi yanacaqdoldurma məntəqələrində 4 litr benzin 4 dollar 12 sentə, bəzilərində isə 6 dollara satılırdı.
Ötən gecə isə "Beacon Bridge Market" yanacaqdoldurma məntəqəsində 4 litr benzin sürücülərə 1 dollar 4 sentə təklif olunub.

ABŞ-da benzinin litri 10 sentə düşdü
Oxşar yazılar

Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39