AB üzvləri Əsədi suçlu bilir
08 sentyabr 2013 03:32 (UTC +04:00)

AB üzvləri Əsədi suçlu bilir

Avropa Birliyinin(AB)  28 üzvü Suriyada kimyəvi silah tətbiqində məsuliyyəti rejim başçısı Bəşar Əsədin daşıdığın bildirib.

 

Lent.az-ın «CNNTürk»-ə istinadən məlumatına görə, bunu sentyabrın 7-də Vinüsdə AB ölkələrinin xarici işlər nazirlərinin ABŞ-ın dövlət katibi Son Kerri ilə görüşündən sonra birliyiin ali komissarı Ketrin Eşton deyib.

O qeyd edib ki, Avropa Birliyi belə bir cinayətə reaksiya verməyə bilməz.

Ancaq Avropa ölkələri arasında Suriya rejiminə qarşı gücdən istifadə ilə bağlı ümumi razılıq yoxdur.

AB ölkələri Suriyada olmuş BMT ekspertlərinin yekun rəyini gözləyir və yalnız bundan sonra qərar qəbul edə biləcəklərini bildiriblər.

Sentyabrın 7-də özünün həftəlik müraciətində ABŞ prezidenti Obama ölkəsinin Suriyada baş verənlərə biganə qalmayacağını deyib. 

O vurğulayıb ki, Suriyaya qarşı hərbi zərbələr qısamüddətli olacaq və Amerika əsgərinin ayağı Suriya torpağına dəyməyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Oxşar yazılar