Avropa Komissiyasının rəsmisi Olivye Bayi Ukarynanın Avropa Birliyinə üzvlüyə münasibət bildirib.
Lent.az-ın «İTAR - TASS»-a istinadən məlumatına görə, o, deyib ki, Ukraynanın AB-yə üzvlüyündən söhbət gedə bilməz: «Ukrayna ilə münasibətdə yaxınlaşma məsələsi müzakirə edilir».
Bayai fikrini belə izah edib: « Ukraynanın Avropaya siyasi danışıqlar və iqtisadi vasitələrdən istifadə yolu ilə yaxınlaşmasını birlik dəstəkləyir. Avropa Komissiyasında ölkənin avrointeqrasiyasına çeşidli yanaşmalar mövcuddur».
O, qeyd edib ki, Brüsseldə keçiriləcək danışıqlarda Ukrayna şərtlərin yumşalması və ya razılaşma müqaviləsini imzalayacağı halda maliyyə kompensasiyası veriləcəyinə nail ola bilməyəcək.
Xatırladaq ki, Ukraynanın Nazirlər Kabineti Avropa Birliyindən 20 milyard avro kredit tələbə edir.
«AB ilə razılaşma assosiasiyası yaxınlaşma,rifah və sərmayə haqqında anlaşmadır. Buna görə heç bir kompensasiya lazım deyil. Biz rəqəmlərlə oyun oynamırıq»-deyə, təmsilçi Avropa Komissiyasının rəsmi Kiyevdən tələblər siyahısı, o cümlədən məhbus, keçmiş baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılması şərti dəyişməyib.