Avropa Birliyinin ali komissarı Ketrin Eşton İraqda ölüm hökmü icrasının bərpasından rahatsız olduqlarını bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ali komissar İraq hakimiyyətini edamların icrasına moratorium tətbiqini bərpa etməyə çağırıb.
İraqın Ədliyyə Nazirliyi bildirib ki, son aylar terrorçuluqda ittiham olunan 18 nəfər edam edilib.
Rəsmi məlumata əsasən, yanvar və fevralda heç bir ölüm hökmü icra olunmayıb.