Avropa Birliyi İranla ticarət əlaqələrini bərpa etməyə hazırdır. Lent.az-ın məlumatına görə, bu haqda «Frans press» xəbər yayıb. Məlumata əsasən, yanvarın 20-də İslam Respublikasına qarşı məhdudiyyətlər aradan qaldırılan kimi bu proses başlayacaq.
Mənbə xatırladıb ki, BMT və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Tehran hakimiyyətinin nüvə proqrammı ilə bağlı öhdəlikləri yerinə yetirdiyini təsdiqləyəndən sonra yanvarın 20-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İranla ticarət əlaqələrinin bərpasını elan edəcəklər.