AB ilə Ukrayna aviasiya məkanı sazişini paraflayıb
29 noyabr 2013 00:34 (UTC +04:00)

AB ilə Ukrayna aviasiya məkanı sazişini paraflayıb

Vilnüs sammitində Ukrayna ilə Avropa Birliyi arasında birgə aviasiya məkanının yaradılması haqda müqavilənin mətni paraflanıb(ilkin olaraq, təsdiqlənib).

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu sənəd cari il oktyabrın 21-22-də Brüsseldə keçirilən danışıqların 8-ci mərhələsinin yekununa əsasən razılaşdırılıb.

 

Vahid Aviasiya Məkanı haqqında sazişə dair danışıqlar AB və Ukrayna arasında 2007-ci ilin dekabrında başlayıb və inteqrasiya üzrə tədbirlər planına əsasən 2013-cü ildə yekunlaşdırılmalıdır. Sənəd bazarların tədricən liberallaşması, AB normaları əsasında mülki aviasiya sahəsindəki qaydaların unifikasiyası, sənaye əməkdaşlığına dəstək  göstərilməsini nəzərdə tutur.

 

«Saziş AB və Ukraynaya aviasiya sahəsində tərəfdaş olmağa və Ukraynanın Avropa hava məkanına inteqrasiya olunmasına imkan yaradacaq. Bunun baş tutması üçün Ukrayna öz qanunvericiliyini AB standartlarına uyğunlaşdırmalı və aviasiya təhlükəsizliyi, hava daşımalarının idarə olunması, ətraf mühitin mühafizəsi, rəqabətlik və istehlakçı hüquqlarının müdafiəsinə dair tələbləri yerinə yetirməlidir» - deyə Avropa Komissiyasının vitse-prezidenti və nəqliyyat üzrə komissarı Siym Kallas bildirib.

 

Tərəflər həmçinin təyyarələrin sertifikatlaşdırılması qaydalarının uyğunlaşdırılmasına dair razılığa gəliblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar