"Rufo Gancinski" "Ded Xasan"ın ölümündə günahlandırılır
10 sentyabr 2013 20:05 (UTC +04:00)

"Rufo Gancinski" "Ded Xasan"ın ölümündə günahlandırılır

 

Moskvada keçirilən xüsusi əməliyyat zamanı saxlanılan “Rufo Gancinski” ləqəbli “qanuni oğru” Ülfət Tağıyev “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın qətlində iştirakda şübhəli sayılır.

Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, Rufo Gancinski Aslan Usoyanın qruplaşmasının üzvü olmuş “Danabaş” ləqəbli “qanuni oğru” İlqar Cəbrayılovun güllələnməsini təşkil etməkdə də şübhəli sayılır.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Rufo Gancinski 2012-ci ilin aprelində Moskvada İlqar Cəbrayılovun, 2013-cü ilin yanvarında Aslan Usoyanın öldürülməsində təşkilatçı rolunu oynayıb. O, bu iki şəxsi müşahidə edib, killer tutub və qətllərdən sonra killerin gizlənməsinə yardım edib. Rufo Gancinski “Rövşən Lənkəranski” ləqəbli qanuni oğru Rövşən Canıyevin qruplaşmasında ştatlı killer missiyasını yerinə yetirib.  2012-ci ilin dekabrında Dubayda keçirilən toplantıda Rövşən Canıyevin dəstəyi ilə  Rufo Gancinskiyə “qanuni oğru” titulu verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4883
avatar

Oxşar yazılar