Putinlə Əhmədinijat Xəzərdəki maraqlarından danışıb
02 iyul 2013 22:26 (UTC +04:00)

Putinlə Əhmədinijat Xəzərdəki maraqlarından danışıb

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Mahmud Əhmədinejatla görüşüb. APA-nın Moskva müxbiriniin verdiyi məlumata görə, Kremldə baş tutan görüşdə Rusiya prezidenti Mahmud Əhmədinejata Qaz İxrac Edən Ölklərin dövlət və hökumət başçılarının Forumunda iştirak etdiyinə görə təşəkkürünü bildirib: “Rusiya və İran dünyanın təbii qaz ehtiyyyatına görə ən böyük ölkələrdən biridirlər. Sözsuz ki, bizim burada böyük maraqlarımız var. Bizim bu gun ikitərəfli münasibətlərimizi, regiondakı ümumi vəziyyəti müzakirə etmək imkanımız var. Biz sizinlə Xəzər regionunda da qonşuyuq. Əlbəttə ki, burada da ümumi maraqlarımız var”.

 

 

İran prezidenti dəvətə görə rusiyalı həmkarına təşəkkürünü bildirib. Moskvada keçirilən Qaz İxrac Edən Ölkələrin dövlət və hökumət başçılarının Forumunun yüksək səviyyədə keçdiyini söyləyən Mahmud Əhmədinejat Rusiya və İran əməkdaşlığının iki ölkənin də xeyrinə olduğunu bildirib: “İndiki vaxtda bizim əməkdaşlığımız çox vacibdir. Biz bir-birindən ayrıla bilməyən iki qonşu dövlətlərik. Neft-qaz sahəsində Rusiya-İran əməkdaşlığı sürətlə inkişaf edir. Hesab edirəm ki, biz bunu praktikada da tətbiq etməliyik. Atom enerjisi sahəsində əlaqələrə gəldikdə isə, siz İstanbulda verdiyiniz sözü tutdunuz. İndi bu söz artıq gerçəkləşib. Atom stansiyasının tikintisi başa çatıb. Artıq stansiya elektrik enerjisi istehsal edir. Buşehr atom stansiyası Rusiya-İran ikitərəfli əməkdaşlığının simvoluna çevrilib. Fikrimcə, biz bu sahədə əlaqələrimizi daha da genişləndirə və yeni elektrik stansiyası tikə bilərik”.

Daha sonra görüş bağlı qapılar arxasında davam edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35