"Ermənistan Gömrük İttifaqına üzvlüyün risklərini hələlik hesablamayıb"
29 noyabr 2013 02:11 (UTC +04:00)

"Ermənistan Gömrük İttifaqına üzvlüyün risklərini hələlik hesablamayıb"

Ermənistan nə Gömrük İttifaqına üzv olmağın, nə də Avropa Birliyi ilə azad ticarət haqqında sazişə qoşulmağın bütün risklərini hələlik hesablamayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaqram Avanesyan Vilnüsdə “Şərq Tərəfdaşlığı”nın biznes-forumunda çıxışı zamanı bəyan edib.

 

Qeyd edək ki, Ermənistan XİN bir müddət əvvəl yaydığı bəyanatda qeyd olunub ki, İrəvan 2014-cü ilin fevralınadək Gömrük İttifaqına qoşulmaq barədə sazişi imzalamağa tam hazır olacaq.

 

“Hətta bir ixrac bazarının itirilməsi Ermənistanda çox ciddi fəsadlara səbəb olacaq. Biz deyə bilmərik ki, Gömrük İttifaqına üzv olmağın bütün risklərini hesablamışıq. Bu həmçinin Avropa Birliyi ilə azad ticarət haqqında sazişə də aiddir. Zənnimcə, bu çox mürəkkəb hesablamalardır. Bizim üçün çox yaxşı olardı ki, həm Rusiya, həm AB, həm də başqaları ilə sərhədlərimiz açıq qalsın”, deyə nazir bildirib.  

 

Qeyd edək ki, Avropa Birliyinin rəsmi şəxsləri bir müddət əvvəl yaydıqları bəyanatlarında bir ölkənin eyni zamanda Gömrük İttifaqına və Avropa Birliyi ilə azad ticarət zonasına üzv olmasının mümkünsüz olduğunu qeyd ediblər.  Onlar bunu eyni zamanda müxtəlif gömrük rüsumlarının olmasının mümkünsüzlüyü ilə izah ediblər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03