Britaniyanın "BBC" teleradiokorporasiyasının əməkdaşları martın 28-də 12 saatlıq xəbərdarlıq keçirəcək.
Tətil şirkətdəki ixtisarların əleyhinə yönəlib. Şirkət 5 ildə 2 min əməkdaşın ixtisar olunması üzrə planı yerinə yetirir.
"Rəhbərliyin hazırkı tələbləri qəbuledilməzdir. "BBC" əməkdaşları iş yerlərinin sürgünə çevrilməsinin əleyhinədirlər"- deyə, şirkətin həmkarlar ittifaqının nümayəndəsi Cerri Morrissi bəyan edib.
Öz növbəsində şirkət rəhbərliyi yaydığı bəyanatda ixtisarlara davam edəcəyini bildirib.