[b]Suriyadan ABŞ-a sərt tələb  [/b]
03 iyun 2018 05:50 (UTC +04:00)

[b]Suriyadan ABŞ-a sərt tələb [/b]

Suriya ABŞ-dan “Ət-Tanf” bazasını tərk etməyi tələb edib

 

Suriya baş nazirinin müavini və XİN rəhbəri Valid Müəllim ABŞ-dan ölkə ərazisində yaratdığı “Ət-Tanf” bazasını tərk etməyi tələb edib.  APA-nın xəbərinə görə, V.Müəllim bu barədə Dəməşqdə mətbuat konfransında çıxışı zamanı deyib.

 

“ABŞ qoşunlarını Ət-Tanfdakı bazadan və Suriyanın bütün ərazisindən çıxardıqdan sonra Cənubi Suriyada təhlükəsizliyə dair razılaşma barədə danışa bilərik”, - deyə Suriya XİN rəhbəri qeyd edib.

 

Onun sözlərinə görə, Suriya hökuməti cənubi cəbhədəki vəziyyətə dair danışıqlarda iştirak etmir: “Bu sahə ilə əlaqədar hər-hansı sazişin bağlanılmasına dair məlumatlar İsrailin uydurmalarıdır”.                                                                                                                                                                                                                                                                                                                 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407
avatar

Oxşar yazılar