Qazaxıstan elektron hökumət portalında energetika naziri Kanat Bozumbayevin dəmiryolu nəqliyyatı vasitəsilə Rusiyadan ölkəyə benzinin idxalına qadağa qoyulması haqqında əmr dərc edilib. APA-nın “Sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, qərar iyunun 6-dək ictimai müzakirəyə çıxarılıb.
Qadağanın 3 ay müddətinə tətbiq edilməsi təklif olunur.
Əmr rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.
Kanat Bozumbayev apreldə Qazaxıstanda yanacağın bolluğu səbəbindən benzinin ucuzlaşa biləcəyi barədə açıqlama vermişdi.