Konqo Demokratik Respublikasında iki Böyük Britaniya vətəndaşı oğurlanıb.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Virunqa” Milli Parkında qeydə alınıb.
Naməlum şəxslər parkın əməkdaşını qətlə yetirdikdən sonra britaniyalı turistlər və onların sürücüsünü özləri ilə aparıblar. Hadisənin Qoma şəhəri yaxınlığında baş verdiyi bildirilir.
Böyük Britaniyanın xarici işlər nazirliyində faktı təsdiqləyiblər. “Hadisə ilə əlaqədar Konqo hökuməti ilə sıx əlaqədəyik, əməkdaşlarımız oğurlanan şəxslərin ailələri ilə təmasdadırlar”, XİN-in məlumatında deyilir.