KXDR-in nümayəndə heyəti ABŞ prezidenti Donald Trampa ölkələrinin lideri Kim Çen Inın məktubunu təqdim etmək niyyətindədir. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
“Sədr müavini Kim Yon Çxol Kim Çen Inın şəxsən yazdığı məktubu prezident Donald Trampa təqdim etmək üçün Vaşinqtona səfər edəcək”, - deyə Pompeo bildirib.
Pompeo iyunun 12-nə planlaşdırılmış ABŞ-KXDR danışıqlarını sülh və rifah üçün tarixi imkan adlandırıb: “Bu imkan əldən buraxılsa faciə olar”.