[b]Fələstin ABŞ-dakı səfirini geri çağırdı [/b]
15 may 2018 23:09 (UTC +04:00)

[b]Fələstin ABŞ-dakı səfirini geri çağırdı [/b]

 

 

Fələstin ABŞ-dakı səfirini geri çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fələstin XİN-in bəyanatında bildirilir. Bəyanatda qeyd olunur ki, bu addım ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə cavab olaraq atılıb.  

 

XİN səfirin artıq mayın 16-da vətəninə dönəcəyini bildirib.  

 

Qeyd edək ki, Türkiyə ötən gün analoji addım atıb. Həmçinin Türkiyənin İsraildəki səfiri də geri çağırılıb.  

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili terrorçu ölkə, fələstinlilərə qarşı əməllərini isə soyqırımı adlandırıb.

 

Qəza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölənlərin xatirəsinə Türkiyə və Fələstində üçgünlük matəm elan edilib.   

 

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi ötən gün Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 60 fələstinli ölüb, 2 min 770-dən çox fələstinli yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436
avatar

Oxşar yazılar