Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin 500 adamlarının yeni reytinqini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti cari ilin iyulun 7-nə olan məlumata görə, 142 milyard dollar təşkil edir.
İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (94,2 milyard dollar), dünyanın ən zəngin 3-cü adamı “Facebook”un yaradıcısı Mark Tsukerberq (81,6 mlrd. dollar) hesab edilib.
Əvvələr siyahıda ikinci yeri tutan daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 81,2 mlrd. dollarla reytinqin onluğunda qərarlaşıb.
İndeks səhmlərin dəyəri və şirkətlərin hesabatları əsasında müəyyənləşdirilir.