Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya jurnalistlərinə fəxri konsul Dan Propper bildirib.
“Mənim əsas məqsədim, hər şeydən öncə, İsrail və Çexiya arasında iqtisadi münasibətləri inkişaf etdirməkdir. Mənim İsraildəki sahibkarlar təbəqəsi ilə uzun illərdir yaxşı münasibətim var. Bundan başqa, şəxsi müsbət təcrübəm əsasında İsrailin Çexiyadakı sərmayələrini genişləndirmək niyyətindəyəm”, - deyə Propper bildirib.
Qeyd edək ki, Çexiyanın Qüdsdəki fəxri konsulluğunun açılışına dair rəsmi razılıq Dan Propperə mayın 28-də İsrail XİN-də təqdim edilib.