<b>“Georgi lenti” – İmperiya simvolunun <span style="color:red;">TARİXİ </b>
07 may 2014 14:59 (UTC +04:00)

“Georgi lenti” – İmperiya simvolunun TARİXİ

Son günlər mətbuatda 9 may Qələbə Günündə Bakıda “Georgi lent”lərinin paylanacağı barədə xəbərlər dolaşır. Bu məsələdə bəzi ictimai təşkilatların adı hallansa da sonradan bu məlumatın həqiqət olmadığı üzə çıxdı. Son günlər isə bəzi KİV-də Rusiyanın Azərbaycandakı səfirliyinə girib-çıxanlara artıq neçə vaxtdır “Georgi lenti” hədiyyə verildiyi barədə də xəbərlər var. Bir sıra mətbu orqanlar “Georgi lenti”nin paylanmasını Rusiyanın imperialist ambisiyaları ilə izah edir. Və bu, mətbuatın müzakirə mövzularından birinə çevrilib.

 

Bəs nədir axı bu “Georgi lenti”? Nə vaxt, niyə yaranıb, kimlərə verilirmiş?

 

İnternet resurslarda kiçik araşdırmalarımız zamanı məlum oldu ki, “Georgi lenti”nin tarixi 18-ci əsrə gedib çıxır. Lent 1769-cu ildə təsis olunub və “Müqəddəs Georgi” ordeninə bərkidilirmiş. Sonradan qraf Litt yazacaqdı ki, lentin sarı və qara rənglərdən ibarət olması təklifini çariça Yekaterina özü verib. Qara barıtın, sarı isə alovun rəmzi kimi. 

“Georgi ordeni”nin özü isə 4 dərəcəlidi və mütləq “Georgi lenti”ylə birgə mundirə taxılır. 19-cu əsrin əvvəllərində isə Rusiya hərbiyəsində artıq “Georgi bayrağı” da  təsis edildi. 

 

“Georgi lent”li “Georgi ordeni”nin bütün dərəcələrini Rusiya tarixində  bu şəxslər alıblar: Mixail Kutuzov, Mixail Barklay de Tolli, İvan Varşavski və İvan Dibiç Zabalkanski.

Amma zaman keçdikcə “Georgi lenti” müxtəlif medallara, hərbi mükafatlara belə taxılıb. Daha doğrusu buna icazə verilib. “Georgi lenti” 19-cu əsrin ortalarından, daha dəqiqi Krım müharibəsindən sonra Rusiyada ordusunun simvollarından birinə çevrilib. SSRİ dönəmində “Georgi ordenləri” kimi lenti də çarizmin atributlarından biri kimi ləğv edilib. Amma 1943-cü ildə Stalinin əmriylə  müxtəlif sovet medallarına taxılması üçün “Georgi lenti” müvəqqəti bərpa edilib.

 1992-ci ildə martında isə Rusiya Federasiyasının Ali Rəyasət heyətinin “RF Dövlət mükafatları haqqında” Fərmanı ilə “Müqəddəs Georgi” ordeninin və “Georgi xaçı” fərqlənmə nişanının bərpası barədə qərar qəbul edilib.

“Georgi lenti”nin 9 may Qələbə Günü ilə əlaqələndirilməsinin isə bircə səbəbi var. Söhbət ondan gedir ki, “Georgi lenti” taxılmış “Almaniya üzərində qələbəyə görə” medalını rekord dərəcədə çox, 15 milyon sovet əsgəri, sonradan isə müharibə veteranı alıb. Məhz bu kütləvilik ordenini 9 mayla əlaqəsinə səbəb olub.

 

Bu arada bir məqamı da vurğulayaq ki, “Georgi ordeni” və lentinə Azərbaycanın çar Rusiyası tərəfindən işğalında böyük rol oynamış Sisianov və Yermolov kimi generallar da layiq görülüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1917
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar