Suriya Azadlıq Ordusunun komandanı Səlim İdris sentyabrın 9-da Qərb dövlətlərini Bəşar Əsəd rejiminə bağlı ordunun mövqelərini vurmağa çağırıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, «əl-Cəzirə» telekanalına müsahibəsində belə bir çağırış edib.
«Biz zərbə endirməyə çağırır, Əsəd rejiminin yalan danışdığını xəbərdarlıq edirik»-deyə, S.İdris bildirib.
Moskvanı Dəməşqlə sıx əlaqə saxladığı üçün müxalifət lideri kəskin tənqid edib.