«Xamneyinin 95 milyardlıq ticarət-imperiyası»
12 noyabr 2013 07:48 (UTC +04:00)

«Xamneyinin 95 milyardlıq ticarət-imperiyası»

Mütəxəssislərin hesablamasına əsasən, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin ticarət –imperiyasının 95 milyard dollarlıq varidatı var.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda noyabrın 11-də «Röyter» xəbər yayıb.

 

Məlumata əsasən, bu,ötən il dövlət büdcəsinə neftdən gələn gəlirdən 3 dəfə çox olub.

 

Az tanınan «Setad» (tam adı «Setade-Ecrayiye-ye Fərmane-Həzrəte -Emam» - «İmam həzrətlərinin fərmanlarını icraiyyə qərargahı» – Lent.az ) bu imperiyanın başlıca müəssisəsidir. İran sənayesində, o cümlədən maliyyə, neft, telekommunikasiya, doğuma qarşı çeşidli vasitələr, hətta dəvə quşu yetişdirməsi sahələrində aksiyaların sahibidir.

 

Mənbə bildirib ki, «Setad» davamlı olaraq, dini icmaların, eləcə də ölkə daxilində və xaricindəki iranlı tacirlərin əmlakını müsadirə edir.

 

«Röyter» mütəxəssisləri tərəfindən toplanan sənədlərə əsasən, İslam Respublikası məhkəmələrinin saxta şahidliyi ilə «atılmış elan olunan» (İrandan qaçaqların əmlakı – nəzərdə tutulur - Lent.az) çoxlu sayda daşımaz əmlakı «Setad» «alıb».

 

Bundan başqa müəssisə ali rəhbərin adından davamlı olaraq, müsadirə etdiyi mal-mülkün hərracını təkbaşına keçirir, yaxud həmin mülkün əsl yiyəsindən hərraca çıxardığını almağı tələb edir. «Setad» bu əməliyyatı həyata keçirmək haqqını malik yeganə təşkilatdır.

 

«Setad» hərracda 300-ə yaxın müəssisədən milyonlarla dollar qazanıb.

 

Mənbə bildirib ki, bu qərargah 1989-cu ildə ayətullah Ruhulla Xomeyninin ölümündən sonra yaradılıb. Onun yaradılmasında əsas məqsəd 1979-cu ilin inqilabından sonra «atılmış» daşınmaz əmlakların alınmasını elan etmək olub. Oradan əldə edilən gəlir isə ölkədəki yoxsullara və İraqla savaşın veteranlarına yardım üçün istifadə edilirdi.

 

Ehtimal edilir ki, qərargahın fəaliyyəti iki illə məhdudlaşsa da, «Setad» 25 ilə yaxındır mövcuddur və çiçəklənir. Qurum xeyriyyə fondu adı altında imperiyaya çevrilib.

 

«Röyter»-in dəyərləndirməsinə əsasən, daşınmaz əmlak obyektləri 52 milyard dollar, holdinqlər isə 43 milyard dollardır. Bu rəqəmlər Tehranda fond birjasının iclasının, eləcə də ABŞ xəzinəsinin informasiyası, «Setad» rəhbərliyinin təhlilinə əsasən hazırlanıb.

 

Bu ilin iyununda ABŞ Maliyyə nazirliyi «Setad»-ın bir sıra holdinqlərinə sanksiya tətbiq edərək, onu «İran rəhbərliyi adından fəaliyyət göstərən genişmiqyaslı qondarma şirkətlər şəbəkəsi» kimi dəyərləndirib.

 

 

İran prezidenti və ölkənin Xarici İşlər Nazirliyi dərc edilən sənədləri şərh etməyib. İranın Birləşmiş Ərəb Əmirliyindəki səfirliyi isə «Röyter»-in araşdırmasını «əsassız» və «sistemsiz» adlandırıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2557
avatar

Oxşar yazılar