«Taliban» Qətərdəki ofisini bağlayıb
10 iyul 2013 07:23 (UTC +04:00)

«Taliban» Qətərdəki ofisini bağlayıb

«Taliban» hərəkatı qeyri-müəyyən müddətə Qətərdəki ofisini bağlayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onların təmsilçiliyi ölkə paytaxtı Dohada bu il iyunun 18-də açılmışdı. Orda taliblərlə ABŞ nümayəndələri arasında görüşün keçiriləcəyi nəzərdə tutulmuşdu. Ancaq taliban öz rəmzlərindən əl çəkməməsi görüşün ləğvinə səbəb olmuşdu.

 

Bir müddət sonra rəsmi Kabulun etirazına qarşılıq olaraq, Qətər hakimiyyəti ofisin adını dəyişdirtdirmiş, rəmzləri binadan yığışdırtdırmışdı.

 

Xatırladaq ki, onda ABŞ taliblər qarşısında «Əfqanıstan İslam Əmirliyi» adı və onun rəmzlərinin ofisə qoylmamasını, habelə Əfqanıstandakı rəsmi hakimiyyəti tanımağı şərt olaraq irəli sürmüşdü.

 

Taliblər 1996-2001-ci illərdə Əfqanıstan ərazisində «Əfqanıstan İslam Əmirliyi» elan etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Oxşar yazılar