«Prezident Barak Obama Suriyaya zərbə endirilməsi ideyasından heç vaxt imtina etməyib».
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ABŞ-ın dövlət katibi Con Kerri yanvarın 22-də keçirdiyi mətbuat konfransında bu bəyanatla çıxış edib.
«Prezident Barak Obama istənilən variantın nəzərdən keçirilməsindən heç vaxt imtina etməyib. Fikrimcə, o bunu aydın izah edib»-deyə, C.Kerri söyləyib.
Diplomat deyib ki, Suriyanın kimyəvi silahı ilə bağlı yenidən problem yaranarsa, o zaman bu ölkəyə zərbə endirilməsi məsələsi aktuallaşa bilər: «Bir çox məsələ Suriyada olayların inkişafından asılıdır».