«Suriyanın kimyəvi silahı ABŞ-dakı amerikalılara təhlükəlidir»
10 sentyabr 2013 04:56 (UTC +04:00)

«Suriyanın kimyəvi silahı ABŞ-dakı amerikalılara təhlükəlidir»

«Kimyəvi silah ekstremistlərin əlinə keçsə, onda bu, ABŞ ərazisində amerikalıların həyatına təhlükə yarada bilər».

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, prezident Barak Obamanın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays bildirib.

 

Onun sözlərinə əsasən, avqustun 21-də Suriyada kimyəvi silah tətbiqindən sonra onun ekstremistlərin, o cümlədən «Hizbullah» hərəkatı və ayrılıqda «əl-Qaidə»-nin əlinə keçməsi təhlükəsi var.

 

«Bu perspektiv amerikalıların kimyəvi hücuma məruz qalacaqları riskini artırır. O, bölgədəki əsgərlərimizə, diplomatlarımıza və hətta, ərazimizdə vətəndaşlarımıza yönə bilər» -deyə, müşavir söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

Oxşar yazılar