«Suriyaya qarşı yerüstü hərbi əməliyyatlar aparılmayacaq»
28 avqust 2013 06:14 (UTC +04:00)

«Suriyaya qarşı yerüstü hərbi əməliyyatlar aparılmayacaq»

0

Britaniya baş nazirinin müavini Nik Kleqq bildirib ki, təmsil etdiyi hökumət Suriyada «rejimin dəyişdirilməsini nəzərdən keçirmir» və bu ölkədə vətəndaş müharibəsinin sona çatmasına cəhd göstərmir.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, baş nazirin müavinin sözlərinə əsasən, Britaniya hakimiyyəti Suriyada kimyəvi silahın tətbiqinə cavab olaraq, «qanuni, mütənasib və dəqiq» qərar qəbul etməlidir.

 

«Dinc insanlara, o cümlədən qadınlara və uşaqlara qarşı kimyəvi silahdan istifadə edilməsi cinayət və beynəlxalq qanunların pozulmasıdır. Əgər biz fəaliyyətsiz qalsaq, o zaman təhlükəli olay yaradacağıq»- deyə, o, vurğulayıb.

 

Nik Kleqqin üzvü olduğu Liberal-Demokratik Partiya İraqa qarşıda hərbi əməliyyatların əleyhinə olmuşdu. Baş nazirin müavini bildirib ki, Suriyaya qarşı yerüstü hərbi əməliyyatlar aparılmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 813

Oxşar yazılar