Son 9 ayda Şimali Qafqazda ekstremizmin səviyyəsi 40 faiz artıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Rusiya Baş Prokurorluğunun idarə rəsinin müavin əvəzi Andrey Medevedev deyib ki, son 9 ayda bu bölgədə «69 ekstremist cinayət qeydə alınıb».
Onun sözlərinə əsasən, Qaraçay-Çərkəzdə belə cinayətlərin sayı 0-dan 9-a, Çeçenistanda isə 3-dən 8-ə qədər artıb.
A.Mevedev əlavə edib ki, aparılan xüsusi əməliyyat nəticəsində «200 yaraqlı öldürülüb, 250-dən çox isə tutulub».