İran prezidenti Həsən Ruhani sentyabrın 10-da sərəncam imzalayaraq keçmiş müdafiə naziri, kontr admiral Əli Şəmxanini Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Əli Şamxani əvvəllər İran İnqilab Keşikçiləri Qvardiyasına başçılıq edib. Məhəmməd Xatəmi hökumətində (1997-2005) müdafiə naziri vəzifəsində işləyib
Əli Şamxani prezidentliyə iddiaçı kimi çıxış etmək istəsə də hər dəfə namizəd ola bilməyib.
Son illər isə o, Hərbi Qüvvələrin Strateji Araşdırmaları Mərkəzinin rəisi vəzifəsində fəaliyyət göstərib.
Ali Milli Təhlükəsizlik Şurasının əvvəlki rəisi Səid Cəlili idi.