«Qərb  bizi satdı»
26 noyabr 2013 07:47 (UTC +04:00)

«Qərb  bizi satdı»

Səudiyyə Ərəbistanı kral ailəsinin baş məsləhətçisi Navaf Obeyd İranın nüvə proqramı ilə bağlı Qərbin sövdələşməsini «satqınlıq» adlandırıb.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, bildirib ki, bundan sonra rəsmi Ər-Riyad özünün müstəqil xarici siyasətini yürüdəcək.

Noyabrın 25-də bu haqda «BBC»-si xəbər yayıb.

Londonda elmi-araşdırma mərkəzinin iclasında çıxışı zamanı Obeyd deyib ki, ölkəsinin insanları beynəlxalq arenada öz hədəflərinə çatmaq üçün tam israrlıdır.

«Cenevrədəki sövdələşmənin özü problem deyil, məsələ onun hansı şəkildə imzalanmasıdır» -deyə, məsləhətçi söyləyib.

 

Harvard Universitetinin məzunu olan, Oveyd deyib: «ABŞ-ın Omanda İranda gizli danışıqlar apardığından xəbərdarıq». O, Vaşinqtonu starteji tərəfdaşı olan Səudiyyə Ərəbistanından xəbərsiz bu davranışına görə suçlayıb.

O, Qərbin onları «satdığını» da əlavə edib.

Oveyd Suriyanın daxili işlərinə İranın qarışmasına çıxışlarını davam etdirəcəklərini bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Oxşar yazılar