«Putin İrana «S-300»-ün ötürülməsi tapşırığını verməyib»
12 sentyabr 2013 07:16 (UTC +04:00)

«Putin İrana «S-300»-ün ötürülməsi tapşırığını verməyib»

Prezident Vladimr Putin İrana Rusiya istehsal olan «S-300» zenit-raket kompleksinin verilməsi ilə  bağlı sövdələşmənin detallarının işlənilməsi haqda göstəriş verməyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu açıqlamanı prezidentin mətbuat katibi Dmitrii Peskov verib.

 

Bir müddət öncə, «Kommersant» bildirmişdi ki, Rusiya İrana  5 diviziya «S-300V» «Antey-2500» tədarük etməyə hazırlaşır.

 

Qəzetin məlumatına əsasən, əgər Tehran «Rosoboroneksport»-a qarşı 4 milyard dollarlıq iddiasından imtina edərsə, bu əməliyyat baş tutacaq.

 

Xatırladaq ki, 5 diviziya «S-300»-ün satışı ilə bağlı 800 milyon dollarlıq müqavilə imzalanmışdı. Həmin anlaşmanı Rusiya tərəfi 2010-cu ildə ləğv etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614
avatar

Oxşar yazılar