Ukraynanın müdafiə naziri Pavel Lebedev dekabrın 12-də ordunun ölkədə baş verən olaylara münasibətini açıqlayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, nazir bildirib ki, Ukrayna silahlı qüvvələri ölkədəki siyasi aksiyalara «cəlb edilməyib və edilməyəcək».
Nazir bəzi informasiya vasitələrində ordunun prezident Viktor Yanukoviçi dəstəkləməyə hazırlaşdığı barədə xəbərin isə «yalan olduğunu» vurğulayıb.
«Ukrayna silahlı qüvvələri dövlət institutu olub, ölkənin ərazi bütövlüyü, toxunulmazlığı, suverenliyini müdafiə edir» -deyə, P.Lebedev bildirib.