Misirdə «Müsəlman qardaşları» hərəkatı liderlərindən biri, Məhəmməd Beltaqi «zorakılığa təhrik» də ittiham olunur.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə prokurorluğu hələ iyulun 10-da «Azadlıq və Ədalət» Partiyasının baş katibinin həbsini tələb etmiş, bunun ardınca onun bank hesabının dondurulmasını istəmişdi.
Məlumata əsasən, «müsəlman qardaşları»na qarşı düşmənlik ovqatında olan jurnalistlər daha çox Beltaqini tənqid ediblər.
Qeyd edək ki, ötən həftə Qahirədə hərəkatın lideri Məhəmməd Badi yaşadığı mənzildə həbs olunub.