Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya müxalifəti ilə davamlı olaraq, təmas saxlamağa hazır olduqlarını bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Suriya İnqilabi və Müxalif Qüvvələr Milli Birliyinin lideri Müəz əl-Xətiblə görüşdən sonra rusiyalı diplomat deyib: «Mən cənab Xətibə xatırlatdım ki, bu koalisiya yarandan və onun rəhbərliyi seçiləndən sonra davamlı təmasların saxlanılmasında maraqlı olduğumuzu bildirdim. Biz bunu gələcəkdə də gerçəkləşdirəcəyik».
Onun sözlərinə əsasən, Suriya müxalifəti lideri Moskvanın vəziyyətə və şəraitə münasibətinə maraqla yanaşıb.
Qeyd edək ki, fevralın 2-də S.Lavrov ABŞ prezidentin müavini Co Bayden, BMT və Ərəb Dövlətləri Liqasının Suriya məsələsi üzrə təmsilçisi Lahdar Brahimi ilə görüşüb.