Rusiya Yaxın Şərqdə sülhdən danışsa da Aralıq dənizinə hərbi qüvvələr göndərməkdədir.
Lent.az-ın «İTAR- TASS»-a istinadən məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyi bu haqda məlumat yayıb.
Mənbə bildirib ki, hərbi gəmilərdən biri, «Moskva» raketdaşıyan gəmi sentyabrın 10-da Cəbəllütariq boğazını keçərək, Aralıq dənizinin şərqinə doğru hərəkətə etməkdədir. Onun ardınca «Desant» və keşikçi gəmiləri həmin su hövzəsinə daxil olacaq.
Məlumata görə, hazırda Aralıq dənizində Rusiyanın 7 hərbi gəmisi var. Onların çoxu desant gəmiləridir.