«Meksikada insanların oğurlanmasında hakimiyyətin əli var»
21 fevral 2013 02:53 (UTC +04:00)

«Meksikada insanların oğurlanmasında hakimiyyətin əli var»

İnsan Haqları («Human Rights Watch») Beynəlxalq insan haqları müdafiə təşkilatı Meksika hakimiyyətini suçlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, insan haqlarının pozulmasında hüquq-mühafizə orqanlarının iştirakı  ilə bağlı araşdırmaların aparmasından hakimiyyət yayınır.

 

Qurumun hesabatına əsasən, Filip Kalderonun 6 illik (2006-2012) prezidentliyi dövründə insanların oğurlanması ilə bağlı yüzlər olay qeydə alınıb. Mənbənin bildirdiyinə görə, həmin cinayətlərdə təhlükəsizlik orqanlarının birbaşa və dolayısı ilə əli var.

 

Hüquq müdafiəçiləri bu məsələlərin araşdırılmasında indiki prezident Enrike Penya Netoyadan yardım istəyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413
avatar

Oxşar yazılar