«İran –Ermənistan münasibətləri yüksək səviyyədədir»
07 mart 2013 03:59 (UTC +04:00)

«İran –Ermənistan münasibətləri yüksək səviyyədədir»

İslam Respublikası və Ermənistan rəsmiləri iki dövlət arasında münasibətin yüksək səviyyədə olduğunu bəyan etməkdən yorulmur.

 

Lent.az-ın «Novosti -Armenii»-yə istinadən məlumatına görə, Ermənistanın Tehrandakı səfiri Qriqor Arakelyan «İRNA» agentliyinin icraçı direktoru Məcid Ümidi-Şahraki ilə Tehranda görüşüb.

 

Görüş zamanı səfir və direktor iki ölə arasında iqtisadi-ticarət dövriyyəsi həcminin artdığı nəzərə alınmaqla  münasibətlərin son illər daha da yaxşılaşdığını vurğulayıblar.

 

Qriqor Arakelyan mədəni əlaqələrin də yüksək səviyyədə olduğunu bildirib. Erməni səfir iki ölkə xəbər agentlikləri rəhbərlərinin görüşlərinin keçirilməsini də təklif edib. Onun sözlərinə görə, belə görüşlər KİV sahəsində ikitərəfli əməkdaşlığın genişlənməsinə səbəb olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864
avatar

Oxşar yazılar