«Hizbullah» İsraildən çox Livan üçün təhlükəlidir»
22 fevral 2013 04:33 (UTC +04:00)

«Hizbullah» İsraildən çox Livan üçün təhlükəlidir»

İsrail prezidenti Şimon Peres Avropa Birliyini Livandakı «Hizbullah» qruplaşmasını terrorçu  təşkilatlar siyahısına daxil etməyə çağırıb.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, Bolqarıstanın Burqas şəhərində «Hizbullah»-ın təşkilatçılığı  ilə törədilmiş terror olayına işarə edərək, bu qurumu həmin siyahıya daxil etməyin vaxtı çatdığını bildirib

O,qeyd edib ki, ABŞ və bir sıra dövlətlər artıq «Hizbullah»-ı «qara siyahıya» daxil edib və indi növbə Avropa Birliyinindir. Yəhudi dövləti başçısının sözlərinə görə, son zamanlar bu təşkilatın və İranın terror fəaliyyəti ilə bağlı yeni xəbərlər alırıq.

Yəhudi dövlətinin prezidenti «Hizbullah» qılıncı»-nın  İsraildən çox, Livan üçün təhlükəli olduğunu vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532
avatar

Oxşar yazılar