Misirdəki səfirinin çıxarılmasına Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan münasibət bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, mitinqdə hökumət başçısı 4 barmağını göstərməklə Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarını salamlayıb.
R.T.Ərdğan bildirib ki, o, hərbi devriliş yolu ilə hakimiyyətə gələnlərə heç vaxt hörmət etməyəcək.
Xatırladaq ki, noyabrın 23-də Misir Türkiyənin, əks tərəfdə rəsmi Qahirənin ölkəsindəki səfirinin «persona non-qrata» elan edib.