Daha çox çılpaq vəziyyətləri ilə yaddan qalan «FEMEN» hərəkatı Ukrayna ərazisində fəaliyyətlərini dayandırıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hərəkatın iştirakçılarından biri Aleksandra Şevçenko bu haqda açıqlama verib.
Onun sözlərinə əsasən, təşkilatın fəalları xaricdə fəaliyyət göstərəcəklər.
Hərəkatın lideri Anna Qutsol isə bildirib ki, avqustun 27-də onların ofisinə polis axtarış apararkən, ora silah atıb.
«Oradan tapança, güllə, qumbara, Putin və Kirillin (Rusiyanın baş keşişi-red.) fotolarını tapıblar. Bu o, deməkdir ki, biz onlara qarşı sui-qəsd hazırlayırıq» -deyə, o, «Ukraynskoy pravda»ya müsahibəsində söyləyib.
O, müsahibəsində bunları da bəyan edib: «mən bildirirəm ki, «FEMEN» dinc hərəkatdır. Biz silah gizlətmir, heç kimi də hədəf almırıq. Biz terrorçu qruplaşma deyilik. Bunu biz təzyiq və repressiya kimi dəyərləndiririk».