«Əl-Qaidə» lideri Ayman əz-Zəvahiri bildirib ki, təşkilatın İraqdakı bölməsi Suriyadakı vətəndaş savaşına müdaxiləni dayandırmalıdır.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «Əl-Ərəbiyyə» telekanalının bildirdiyinə əsasən, A.Zəvahiri «əl-Qaidə»-nin Suriya ərazisindəki yeganə təmsilçisinin «Cabhat ən-Nusra» olduğunu vurğulayıb.
Terrorçu təşkilat liderinin sözlərinə görə, qruplaşma «İraq və Levanta İslam Dövləti»ni yenidən «İraq İslam Dövləti» adlandırır. Bununla da təşkilat İraqdakı yaraqlılarına öz ölkələrindəki əməliyyatlarla məşğul olmağı tapşırır.