Terrorçu «əl-Qaidə»-nin Şimali Afrika bölməsi Livandakı terrorçu «Hizbullah»ı avqustun 23-də Livanın şimalında, paytaxt Tripolidə iki məsciddə baş vermiş partlayışı törətməkdə ittiham edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «İslam dünyasının Qərbindəki «əl-Qaidə» bu partlayışın qisasını «Hizubullah»dan alacağına dair internetdə bəyanat yayıb.
Xatırladaq ki, ötən gün cümə namazından sonra baş vermiş partlayış nəticəsində 50 –yə yaxın insan həlak olub.