Beynəlxalq «EKSPO-2020» sərgisi Birləşmiş Ərəb Əmirliyində keçiriləcək.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Parisdə keçirilən səsvermənin 3-cü turunda Dubay 116 səslə tədbirə ev sahibliyi etmək hüququ qazanıb. Onun rəqibi Sankt-peterburq isə 47 səs alıb.
«EKSPO» beynəlxalq sərgini keçirməkdə məqsəd yeni texnologiyalar, elmi, iqtisadi və mədəni uğurlarla tanışlıqdır.
Sonuncu tədbir Çinin Şanxay şəhərində keçirilib. Tədbirə 73 milyon ziyarətçi baş çəkib.
«EKSPO-2015» isə İtaliyanın Milan şəhərində keçiriləcək.