Suriya müxalifəti Cenevrədə keçiriləcək danışıqlarda vahid nümayəndə heyəti ilə iştirak edəcək.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Suriya müxalifəti Milli Şurası və İnqilabi Qüvvələri prezidentinin müavini Süheyr əl-Attasi açıqlama verib.
Onun sözlərinə əsasən, «Cenevrə-2» danışıqlarında iştirak etmək istəyən müxalifət Milli Şuranın bayrağı altında çıxış edəcək: «Biz bütün müxalif qruplarla danışıqlara hazırıq. Biz Cenevrəyə çeşidli qruplarla deyil, bir nümayəndə heyəti ilə gedəcəyik».
Müxalifəti ilkin şərtləri ilə bağlı sualı cavablandıran Süheyr əs-Attasi deyib ki, Bəşar Əsəd rejimi ölkənin bütün ərazisinə humanitar yardımla təmin və təchiz olunmasına şərait yaratmalıdır. Prezident müavini qeyd edib ki, Cenevrə danışıqlarında iştirak etmək üçün humanitar yardımla müxalifətə təzyiqlər edilir.