«C» viruslu xain laboranta 39 il iş kəsilib
03 dekabr 2013 07:48 (UTC +04:00)

«C» viruslu xain laboranta 39 il iş kəsilib

ABŞ-ın Nyu-Gempşir ştatının Konkord şəhər məhkəməsi keçmiş laboranta 39 il iş kəsib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, 34 yaşlı Devid Kvyatkovski bu ilin avqustunda hepatit «C» virusu ilə onlarla insan yoluxdurduğunu etiraf edib.

 

Mənbə bildirib ki, keçmiş laborant uzun illərdir bu xəstəlikdən əziyyət çəkir. Son illər o, 19 xəstəxanada və 8 çeşidli ştatda işləyib.

 

Tibb müəssisələrindən onu ağrıkəsici preparatlar oğurladığı üçün qovublar. Məhkəmə o, bu dərmanlardan asılılığını etiraf edib.

 

İstintaq zamanı məlum olub ki, o, belə dərmanlarla özünü iynələdikdən sonra yoluxmuş şprisi xəstəxana işçilərinin istifadə üçün qəsddən xəstəxanaya qaytarırmış.

 

Araşdırmalar nəticəsində onun bu yolla 46 nəfəri yoluxdurduğu müəyyənləşib. Keçmiş laborantda olduğu kimi onların hamısında  «C» virusunu eyni ştammı aşkarlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290
avatar

Oxşar yazılar