Martın 2-də Kiyevdə «Bizim Ukrayna» («Naşa Ukraina»)Partiyasının qurultayı keçirilib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, partiyanın qurucusu, keçmiş prezident Viktor Yuşenko da tədbirdə iştirak edib.
Qurultay partiyanın buraxılması haqda qərar qəbul edib. Keçmiş dövlət başçının qardaşı Pyotr Yuşenkonun başçılığı altında ləğvetmə komissiyası yaradılıb.
Xatırladaq ki, bu ilin fevralında V.Yuşenkonun «Bizim Ukrayna» Partiyasından çıxarıldığı haqda xəbər yayılmışdı. Ancaq keçmiş prezidentin tərəfdarları sonradan onun partiyada qaldığını bildirmişlər.
Sonuncu parlament seçkisində isə bu siyasi qurum 5 faizlik keçid baryerini keçə bilmədiyindən Ali Radada təmsil olunmur.