«BBC» radio xidmətinin rəhbərliyi Şri-Lanka ərazisində «FM» dalğasında verilişlərin yayımının müvəqqəti olaraq, dayandırdığını bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb kimi tamil dilində yayımın «boğulmasına cəhd» göstərilib.
Bi-Bi-Si Dünya xidmətinin direktoru Piter Xorroks bildirib ki, qurumla hakimiyyət arasında əvvəlcədən əldə edilmiş anlşamaya əsasən, Şri-Lanka dövlət teleradio şirkəti proqramın yayımını dayandırmağın yolverilməz olması barədə xəbərdar edilib.
Ada əhalisi radionun verilişlərinə qısa dalğada və ya İnternet vasitəsi ilə dinləyə bilər.
Mənbə bildirib ki, 4 il öncə də oxşar şərait ucbatından «BBC» verilişlərinin yayımı kəsilmişdi.