«Barbaros Hayreddin Paşa» neft və qaz axtarışına başladı
24 fevral 2013 07:18 (UTC +04:00)

«Barbaros Hayreddin Paşa» neft və qaz axtarışına başladı

Türkiyə Norveçdən 130 milyon dollara aldığı  «Barbaros Hayreddin Paşa» seysmik-kəşfiyyat gəmini istismara buraxıb.

 

Lent.az-ın «Anadolu» agentliyinə istinadən məlumatına görə, tədbirdə ölkənin baş naziri Rəcəb Taib Ərdoğan da iştirak edib. Bu gəmi neft və qaza yataqlarının iki və üç ölçülü araşdırmasını yerinə yetirəcək.

 

Türkiyə seysmik-kəşfiyyat gəmisini 2014-cü ilin sonunadək tikməyi planlaşdırmışdı. Ancaq bu hökuməti qane etmədiyindən onu satın almağa üstünlük verib.

 

«Biz texnikanın son nailiyyətləri ilə təchiz olunmuş bu gəmidə araşdırma aparacağıq. Bir müddət sonra biz daha ikinci belə gəmini işə qoşacağıq»- deyə, baş nazir bildirib.

 

Xatırladaq ki, fevralın 17-də Türkiyə istehsalı olan «TUBITAK Marmara» birinci elmi-araşdırma gəmisi suya buraxılıb. O, da sualtı okeanoqrafiya, seysmik araşdırma və neft axtarışı ilə məşğul olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886
avatar

Oxşar yazılar