«Böyük-20»-likdən («B-20») 11 dövlət Suriyada kimyəvi silah tətbiqinin məsuliyyətini Bəşar Əsəd rejiminin daşıdığını bildirməklə yanaşı, bu ölkəyə qarşı hərbi əməliyyatları başlayacağı halda ABŞ dəstəkləyəcəklərini bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «Böyük-20»-liyin 11 dövlətinin təmsilçisi Suriyada kimyəvi silah tətbiqi ilə bağlı bəyanat verib.
Sənəddə bildirilib ki, BMT Təhlükəsizlik Şurası (TŞ) «iflic» vəziyyətdədir və kimyəvi silahdan istifadənin qadağan edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin tədbirlər görməsi vacibdir.
«Biz beynəlxalq ictimaiyyətin uzunmüddətli fəaliyyətinə, o cümlədən Suriyanın kimyəvi silah anbarının törətdiyi təhlükəyə cavab olaraq, BMT-nin qətnaməsinə sadiqik» -deyə, sənəddə vurğulanıb.
Bəyanatın mətnini Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, Britaniya və ABŞ təmsilçiləri imzalayıb.